Bia.Az

ABŞ-dən dəhliz açıqlaması: - “Azərbaycanla anlaşma olarsa...”

Siyasət
 11-06-2024, 17:18     185

Azərbaycanla Ermənistan arasında davamlı sülh olarsa, bölgənin nəqliyyat və tranzit imkanları daha da genişlənəcək.

Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin müavini Ceyms Obrayen Ermənistan-ABŞ strateji dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar regionda davamlı sülhün bərqərar olması səylərini dəstəkləyir, iqtisadi imkanların genişləndirilməsi istiqamətində çalışır.

Ceyms Obrayen Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən keçərək Avropaya uzanan nəqliyyat dəhlizlərinə də diqqət çəkib:

“Ermənistan üçün təhlükəsizlik, rifah və demokratiya yanaşı mövcuddur. Bu istiqamətdə bütün səyləri dəstəkləyirik. Biz həmçinin davamlı sülhün bərqərar edilməsi səylərinə dəstək veriririk. Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanları genişləndirmək üçün çalışırıq. Əgər Ermənistanla Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək”.

ABŞ rəsmisi ölkəsinin Ermənistanla müdafiə və təhlükəsizlik sahələrindəki əməkdaşlığına da toxunub:

“Müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi də davam etdirəcəyik. İlk hərbi təlimimiz keçən il oldu, daha çoxunu gözləyirik. Kibertəhlükəsizlik, sərhədlər, enerji, ərzaq təhlükəsizliyi sahələrində işləməyi gözləyirik. Ermənistanı dəstəkləməyə hazırıq. Bizim planımız bu strateji dialoqu strateji tərəfdaşlıq komissiyası ilə əvəz etməkdir ki, bu da əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək”.
скачать dle 12.1