Bia.Az

Paşinyan hökuməti istefaya göndəriləcək? – Tarix açıqlandı

Siyasət
 11-06-2024, 01:05     249

İyunun 17-də Ermənistan parlamenti növbədənkənar iclasında hökumətin istefası ilə bağlı layihəyə baxacaq.

Globalinfo.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə müvafiq qərarı parlamentin spikeri Alen Simonyan imzalayıb.

İclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı məsələnin daxil edilməsi təklif olunub. Lakin Ermənistan Milli Assambleyasının Şurası müxalifətin baş nazirin impiçmentini müzakirə etmək məsələsini növbədənkənar iclasın gündəliyinə daxil etmək tələbini rədd edib.

İyunun 17-də müxalifətin təşəbbüsü ilə növbədənkənar toplantı keçirilməlidir. Bununla belə, iqtidar partiyası (Vətəndaş Sazişi) burada iştirak etmək niyyətində deyil.

Qeyd edək ki, bazar günü axşam “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, müxalifət parlamentdə Baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başladacaq.скачать dle 12.1