Bia.Az

Elçin Yusubov və komandasından Mikayıl Cabbarova təxribat: Mətin Eynullayevin ətrafı necə minalanıb? – VİDEO

Redaktorun seçimi
 23-02-2024, 01:28     11 418

Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlaması ictimaiyyətdə böyük ümidlər yaradıb. Amma cumhuriyyet.az olaraq apardığımız araşdırma onu göstərir ki, sözügedən qurumun bu işin öhdəsindən gələ biləcəyini düşünmək çətindir.

Bir zamanlar bu sahədə Kərəm Həsənov kimi odioz oliqarxın tam hökmranlığı olduğu halda indi Mətn Eynullayevin eyni idarəçilik güçünə sahib olduğunu demək olmaz.. Burda xidmət rəisindən daha çox digər fiqurlar söz sahibinə çevrilib. Məsələn 2020-ci ilin mayında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən Yusubov Elçin Mustafa oğlu xidmət daxilində böyük bir şəbəkə yaradıb və yeri gəldikdə cənab Eynullayevə də güc göstərə bilir. Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb, 44 yaşı var.  Mənbənin cumhuiriyyet.az-a bildirdiyinə görə, tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir.
Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxs isə Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb.
Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq.
Belə bir mühitdə isə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin şəffaflığı inandırıcı görünmür. Nəzərə alsaq ki, bu məsələ ölkə rəhbərliyinin vətəndaşlara vədlri sırasındadır, demək, Mikayıl Cabbarovun idarəsində prezidentə qarşı sabotaj mafiyası fəaliyyət göstərir.

Cumhuriyyet.net


скачать dle 12.1