Bia.Az

Əsəbi rektor Anar Nağıyev BSU kollektivindən nə istəyir? - ŞOK TƏFƏRRÜAT…

Redaktorun seçimi
 31-12-2023, 01:51     5 756

 Prezident ilham əliyevin müvafiq sərəncamı ilə BSU-ya rektor təyin olunan Anar Nağıyevin dövlət başçısının apardığı siyasətin əksinə getməyə, etdiyi əməllər ilə ona kölgə salmağa intensiv şəkildə davam etdiyi deyilir.
Son zamanlar rektorun və komandasının verdiyi qərarların universitetin kollektivini haqlı olaraq özündən çıxardığı, bu əməllərin seçki qabağı baş verməsi və digər məsələlər rektorun kollektivdə hansı səbəblərdən narazı kütlə yaratmaq istəyinin naməlum olduğu bildirilir.
BSU-da narazılıqlar baş alıb gedir.Deyilənə görə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının müdiri vasitəsilə (yüksək məbləğ qarşılığında) universitetin kadrlar şöbəsinə müdir əvəzi təyin olunan Fidan Piriyeva gəlişi ilə əlaqədar olaraq universitetə yeni qayda qanunlar gətirməyə başladığı bildirilib.Hərgün bütün akademik  heyəti qoyun kimi sayaraq, işə 3-5 dəqiqə gecikən əməkdaşları məzəmmət etməsi, özünü kollektivdən üstün hesab etməsi bütün işçiləri özündən çıxarır. Tez-tez müdir əvəzi olduğu şöbədə “məni elə adam tapşırıb ki, heçkim hətta rektor özü belə mənə heçnə edə bilməz” deyərək lovğalandığı bildirilir.Daha əvvəllər universitetdə iş saatlarının 09:00-17:30 olduğu halda yeni qayda ilə iş saatı 18:00 qədər uzadılıb… Buna da səbəb isə rektorun istəyidir…“XXI əsr olmasına baxmayaraq innovasiyadan uzaq ənənələrin davam etdiyi, özümüzü Stalin rejimində hiss etdiyimizə görə BSU rəhbərliyinə bildirmək istəyirik ki, hazırda digər universitetlərdə iş saatları normaldır.Şahlıq, çarlıq və ya xanlıq rejimində yaşamırıq!- insanlara bu qədər əziyyət etmək yolverilməzdir“ – deyə bildirilib.Niyə Anar müəllim kollektivə əziyyət etmək istəyir!?Axı nəzərə almaq lazımdır ki, saat 18:00 da işdən çıxan “fəhlə kimi rəftar olunan” əməkdaşlar şəhərdəki tıxaca görə saatlarla yollarda qalaraq evinə  3, yaxşı hallarda isə 2 saata çatır.
Eyni zamanda bildirilir ki, bizim iş otaqları rektorun kabineti kimi lüks şəraitlə təmin olunmayıb və bizim onun kimi “AA” seriyalı bahalı sport xidməti avtomobilimiz yoxdur ki, bizi istənilən saatda istənilən tıxacdan sürətlə çıxarıb villamıza çatdırsın.Daha sonra universitetdə yeni müqavilə formalarının təzahür etməyə başladığı bildirilib.Deyilənlərə görə müqavilə müddəti bitən əməkdaşların müqaviləsi yeni metodla 3 ay müddətinə uzadılır. Tapşırılan və arxasında yüksək vəzifəli daydaylar dayanan əməkdaşların müqaviləsinin avtomatik uzandığı bildirilir.

Hər 3 ay tamamında rektorun hərşeyşünas müşaviri Elçin Hüseynova “yox” deyən əməkdaşlar şərlənərək işdən uzaqlaşdırılır. Əvəzinə rəhbərliyə 5-10 min arası azn (Elçin və Əzim vasitəsilə) göndərən əməkdaşlar işlə təmin olunduğu deyilir. Həmçinin universitetdə köhnə işçilər ilə yeni ADU-dan işə düzələn işçilər arasında həm vəzifəcə, həmdə əmək haqqında böyük fərqlər olduğu deyilir. Əmək müfəttişliyindən və Maliyyə Nazirliyindən yoxlama aparılarsa kəskin maaş fərqinin olduğunu aşkar edə bilərlər -deyə qeyd edilib.Təbii ki, istər işlə təmin olunma zamanı, istərsə də vəzifə də irəli çəkilmə zamanı əsas üstünlük Ağdamlı olmaqdır. İstisna hallarda Masallıdan olanlara da üstünlük verilə bilər. (Müşavir E.Hüseynovun əslən Masallı rayonundan olduğu deyilir)
Qeyd edirlər ki, hal-hazırda Anar müəllimin başı biznesə o qədər qarışıb ki, təhsil yaddan çıxıb. Magistr təhsili olmayan əməkdaşlara dərs saatı paylayır, qocaman müəllimləri isə ya əmək məzuniyyətinə yola salır, ya da ştatını azaldır, bir sözlə professor-müəllim heyətini “cavanlaşdırmaqla” yanaşı həm də “ağdamlaşdırır”.
Rektorun “kaşelyoku” hərşeyşünas müşavir Elçin Hüseynov isə özbaşına əməllərindən geri qalmır.BSU-da Anar Nağıyev "RÜZÜGARI" - Köhə rektorun "sevimliləri" yenə İŞ BAŞINDA... » www.Bia.Az
Onun tam ali təhsilinin olmaması, rus və ya ingilis dillərində bilməməsi və bu savadla universitetin qocaman professor və müəllim heyəti ilə laubali davrandığı deyilir. Rektor ona limitsiz səlahiyyət verdiyindən buna görə də professor və müəllim heyəti ilə istədiyi kimi rəftar etdiyi bildirilir.
Məsələlər bütün bunlarla bitmir…Tələbələrin dərisini soymaq üzrə püxtələşən rektor qarşıdan gələn semestr imtahan “bazarını” qeyri-rəsmi olaraq öz əlaltısına, hərşeyşünas müşavir Elçin Hüseynova tapşırdığı bildirilir.
E.Hüseynovun universitetin bəzi baxımlı qadın əməkdaşları və tələbələrinə padxod etməyə can atdığı, hətta qarşılıqlı maraqlar müqabilində həmin şəxslərə himayədarlıq etdiyi və tələbələrin nisbətən açıq geyimindən həzz alan müşavir rektorun adından istifadə edərək, çoxlu sayda xanımla yaxın münasibət qurduğu da deyilir.
Rektorun  universiteti zavod kimi idarə etdiyi, əməkdaşlarla prorab-fəhlə münasibəti qurduğu bildirilib.Universitet əməkdaşları, professor və müəllim heyəti qəbula getdikdə müşavir Elçin Hüseynov tərəfindən bütün görüşlər bloklanır. Elçin isə cavabında rektorun hazırda əsəbi olduğunu, görüşün mümkün olmadığını bildirdiyi deyilir. Əməkdaşlar bildirir ki, rektorun qəbuluna nəyinki biz hətta digər vətəndaşlar belə girə bilmir. Universitetdə maraqlı qəbul mexanizminin qurulduğu bildirilib. Görüş üçün adları qeyd edilən vətəndaşlara Meskom Əzimin təyin etdirdiyi rektorun katibəsi Nərmin adlı xanımın müraciətin mövzusu barədə məlumat əldə etdiyi, rektor razılıq verdiyi təqdirdə görüşə dəvət edəcəyini vətəndaşlara bildirdiyi deyilir. Həqiqətən də hərşeyşünas müşavir və səlahiyyətli katibənin dediyi kimi rektoru günün istənilən saatlarında əsəbi halda əməkdaşlara barmaq silkələdiyi bildirilir.
Sual olunur bəs rektoru əsəbləşdirən kimdir?Rektor heç universitetə uzun donla gəlib, qəbula mini ətəklə keçənlərə, əlində bahalı hədiyyələr və spirtli içkilərlə qəbula gedən əməkdaşlara əsəbləşmir, yalnız öz probleminin həllinə çarə axtaran əməkdaşlara əsəbləşir?
Əsəbidirsə Respublikada yüzlərlə ruhi-əsəb dispanserləri var. Getsin 2-3 kurs əsəbdən müalicə götürsün. Daha biz əməkdaşlara əsəbləşməyinin nə yeri var? Bizdən nə istəyir? -deyə bildirilib.
Qeyd edək ki, ulu öndər H.Ə.Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə  M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazası genişləndirilməklə  yaradılmış universiteti bu formada idarə etmək təəssüf hissi doğurur.
BSU-nu diktatura rejimi ilə idarə edən rektor Slavyan ölkələri ilə universitetin beynəlxalq əlaqələrini də tam kəsmişdir. Əvvəlki rektorların dövründə universitetə gələn qonaqların, səfirlərin ardı-arası kəsilmirdi. İndi isə xarici qonaqlar əvəzinə Mədəniyyət və İncəsənət universitetinin nümayəndələri konsert proqramları ilə çıxış edir. Rektorun isə akt zalının ön sırasında əyləşərək feyziyyab olduğu bildirilir.
Ümummilli lider Heydər Əliyevin yaratdığı Slavyan universitetinin öz spesifikliyini Anar müəllimin səyləri ilə itirməyə davam etdiyi deyilir.Ulu öndər H.Əliyevin dəstəyi ilə xarici ölkələrdə təhsil almış dosent və professorlar sıxışdırılır. Rektor  və onun baxımlı katibəsi ömrünü Azərbaycan elminə, xüsusən də Slavyan universitetinə həsr etmiş qocaman müəllimlərlə əyyanları kimi rəftar etdiyi bildirilir.
Bu yaxınlarda universitetdə pulla vəzifələrə təyinata nəzarət edən Meskom Əzim də bu biznesi böyütmək və tələbələr üzərində sınaqdan keçirmək məqsədilə dekan vəzifəsinə təyin edildiyi bildirilib.
Universitetin heç bir struktur bölmələrinin düzgün idarə edilmədiyi deyilir. Tədris işləri üzrə prorektorluq demək olar ki tamamilə sıradan çıxarılıb. Kafedralara Piralı kimi yeni personajlar rəhbərlik etməyə başlayıb. Deyilənlərə görə Piralı kafedrada dərs saatlarının ən sərfəli qiymətlərlə minimum 200 manatdan payladığı bildirilib. Yəni tası 200 azndir. Qeyd edək ki bütün kafedralarda vəziyyətin eyni olduğu deyilir. Ümumiyyətlə bu adam kimdir? Niyə bu qədər elmi və tədris işlərinə cəlb olunur? Niyə ağzı başına danışıb rus və digər xarici dilləri bilən əməkdaşları təhqir edir?!-deyə qeyd edilib.
Əməkdaşlar bildiririb ki, hələ universitetdə hadisələr bununla bitmir. Ötən gün keçirilən universitet elmi şurasında bəzi əməkdaşlar mükafatlandırılıb və universitet tarixində ilk dəfə 13-cü maaşla təltif edilib. Mükafat alanlar arasında bir nəfər belə olsun BSU-nun köhnə əməkdaşı yoxdur. Bəs mükafat və 13-cü maaş kimə verilib?
 Rektorun komandasının üzvləri, ona “sədaqətlə” xidmət edənlər həmin mükafatlarla qiymətləndirilib. Mükafatlandırılanlar arasında rektorun koşelyoku Elçin Hüseynov və katibəsi Nərmin də var. Maraqlıdır bunlar hansı xidmətlərinə görə mükafatlandırılıb? Bunların digər əməkdaşlardan fərqi nədir? BSU üçün nə ediblər? Belə əməkdaşlara ayrılan 13-cü maaş vəsaiti maddi vəziyyəti daha çətin olan, ağır xəstəsi olan, daha az maaş alan əməkdaşlara verilə bilərdi. Universitetdə rəhbərlik tərəfindən edilən ayrı-seçkiliyin ən bariz nümunəsi elə rektorun bu addımı idi – deyə bildirilib.
Rektor Anar Nağıyev bütün hərəkətləri ilə Elm və Təhsil Naziri Emin Əmrullayevə arxalandığını bildirərək, yaxın dost olduğuna işarə verdiyi deyilir. Bir növ daydayının nazir Emin Əmrullayev olduğunu diqqətə çatdırır. Sual olunur?– Emin Əmrullayev seçkilərdən sonra nazir postundan uzaqlaşdırılarsa, rektor yenədə ona arxalanacaq?Əsəbi rektor Anar Nağıyev universitetin kollektivində seçki qabağı narazı kütlə yaratmağa cəhd göstərməsinə səbəbin isə naməlum olduğu deyilir.

BSU kollektivi yuxarıdakı sadalanan xoşagəlməz halların tezliklə aradan qaldırılmasını və bu biabrçılığa son qoyulmasını qətiyyətlə tələb edir!

Ümid edirik Anar müəllim bu yazıları görüb əsəbləşməz!

P.S. Qarşı tərəfə də söz demək haqqı tanıyırıq.//AzerTym.az
скачать dle 12.1