Bia.Az

KİMƏSƏ SƏBR ETMƏYƏ HƏVƏS DƏ QALMAYIB...- Məhəmməd ƏRSOY yazır

KÖŞƏ YAZARLARI
 2-01-2024, 02:50     5 149

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Dostlar, qardaşlar... nə ŞƏHİDİMİZ ÇOXDUR deyib absurd ittihamlarla hansısa cılız siyasi ambisiyalarınızı gerçəkləşdirməyə çalışın, nə də əks tərəf olaraq VƏTƏNİ VƏ ŞƏHİDLƏRİ özəlləşdirib kimlərisə susmağa vadar edin.
Burda bir şərt var və hər birimiz buna əməl etməliyik: VƏTƏNDAŞ OLMAQ...
Vətən də bizimdir, Şəhidlər də bizim şəhidlərdir və ƏSAS HƏQİQƏT də budur ki, heç biri alver predmeti, maraqların ifadə aləti ola bilməz.
Əgər kimlərsə bundan istifadə etməyə çalışırsa, bilmərrə şəkildə bunun adı var: HOQQABAZLIQ, MEYMUNLUQ... Yəni ən yumşaq ifadəsi budur... daha təəsirlisi: XƏYANƏTDİR!
Bir daha deyirəm, Allah Şəhidlərimizə rəhmət eləsin... Onlar hər birimizin balalarıdır. Və kimsə iddia edə bilməz ki, gerçək, səmimi müxalifət liderləri və həm də dövləti idarə edən liderlər hansısa balamıza ölüm arzulayır... Bu, belə deyil və bunun belə olmadığını bildiyimiz halda, ƏLDƏ ETDİYİMİZ BÖYÜK VƏ MÖHTƏŞƏM QƏLƏBƏNİ yıpratmağa çaışanlar ayılsınlar və biilsinlər ki, onlar bilərəkdən, ya bilməyərəkdən XƏYANƏTLƏ MƏŞĞULDURLAR, etdikləri də XAİNLİKDİR!
Yalnız içi xılt və xəbis olan kəslər bu gün QANLA SUVARILAN QARABAĞIMIZIN geri dönüşünə kor ola bilər...
NƏ İSƏ... ha dedim susacam, amma bəzilərinin burdakı həyasızlığını görüb, susmaya bilmirəm... Artıq neçəsini də "facebook"dakı dostlarım sırasından silmişəm... Gerçək həyatda dost kimi gördüyüm bəzilərini belə davam edərsə, elə gerçək həyatda da dostluqdan siləcəm. Gücüm buna çatır... Həm də nəfəsim buna çatır... daha xain kimi gördüklərimin şıltaqlıqlarına dözmək niyyətində deyiləm. Evdə uşağın nazını çəkəcək qədər əsəblərimizin qalmadığı bir dönəmdə kimlərinsə MEYMUNLUĞUNA dözəsi deyiləm.
Nə demək istədiyimi anladınız çox güman və SİZLƏRDƏN BİR RİCAM VAR... Əgər hədəfimdəsinizsə, zəhmət çəkib bura rəy yazmayın... Elə məni dostluqdan atın... Yoxsa, aşkar etsəm, mən sizi zatən dostluğumdan siləcəm...
BU QƏDƏR NET!!!
скачать dle 12.1