Bia.Az

Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirib - TƏFƏRRÜAT

Hadisə
 20-05-2024, 00:38     435

Yevlax şəhərində törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər, Elçin Ağayev küçəsində yerləşən fərdi evlərin birində 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovaya 10-dan çox bıçaq xəsarəti yetirilib, qadın hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürovdur. O, hadisədən sonra özünə də bıçaqla xəsarət yetirərək intihara cəhd edib.

V.Şükürov xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, ailənin 2 övladı var. L.Şükürova Yevlaxdakı orta məktəblərin birində xadimə işləyirmiş. V.Şükürovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1