Bia.Az

Mandat bölgüsü

Dünya
 11-06-2024, 12:16     171

Avropa İttifaqının təmsilçi orqanı olan Avropa Parlamentinə iyunun 6-9-da keçirilmiş seçkilərin ilkin nəticələri yenilənib.

 720 nəfərlik quruma Avropa Xalq Partiyası qrupu 186, Sosialistlərin və Demokratların Tərəqqipərvər Alyansı qrupu 135, Liberalların Yenilənən Avropa qrupu 79, Avropa Mühafizəkarları və İslahatçıları qrupu 73, İdentiklik və Demokratiya qrupu 58, Yaşıllar/Azad Avropa Alyansı qrupu 53, Birləşmiş Solçular qrupu 36, başqa qruplar 55, müstəqillər 45 mandat əldə edir.


1957-ci ildə yaradılmış Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.



BİA.az
скачать dle 12.1