Bia.Az

Avropanın seçimi

Dünya
 10-06-2024, 17:35     185

Avropa Parlamentinə iyunun 6-9-da keçirilmiş seçkilərin ilkin nəticələri açıqlanıb. Rəsmi hesabata görə, Avropa Xalq Partiyası qrupu 720 nəfərlik qurumda 187, Sosialistlərin və Demokratların Tərəqqipərvər Alyansı qrupu 148 mandata sahib çıxır.

Liberalların Yenilənən Avropa qrupu 97, İdentiklik və Demokratiya qrupu 76, Yaşıllar/Azad Avropa Alyansı qrupu 67, Avropa Mühafizəkarları və İslahatçıları qrupu 62, Birləşmiş Solçular qrupu 40 mandatla göstərilir.

Avropa Parlamenti Avropa İttifaqının təmsilçi orqanıdır. 1957-ci ildə yaradılmış Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Moldova, Ukrayna, Bosniya və Herseqovina, Gürcüstan Avropa İttifaqına namizəd statusundadır.скачать dle 12.1