Bia.Az

Seçkidən növbədənkənar seçki doğdu

Dünya
 10-06-2024, 17:28     178

Fransa prezidenti Emmanuel Makron iyunun 9-da parlamentin aşağı palatasını – Milli Məclisi buraxaraq növbədənkənar seçki təyin edib. İlk tur iyunun 30-da, ikinci tur iyulun 7-də keçiriləcək.

Milli Məclis 577 təkmandatlı dairədə seçilir. 2022-ci ildə seçilmiş qanunverici orqanda prezident Emmanuel Makronun İntibah Partiyası və müttəfiqləri 250, müxalif qüvvələr (Milli Birlik Partiyası, Fəthedilməz Fransa Partiyası, Sosialist Partiyası, Respublikaçılar Partiyası və başqaları) 320 mandatla təmsil olunurdu.

Milli Məclis Fransada Avropa Parlamentinə seçkidə ifrat sağ qüvvənin – Milli Birlik Partiyasının önə çıxması fonunda buraxılıb.
Avropa İttifaqının təmsilçi orqanı olan Avropa Parlamentinə seçkilər iyunun 6-9-da keçirilib.

1957-ci ildə yaradılmış Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.



BİA.az
скачать dle 12.1