Bia.Az

Putin göstəriş verdi: Rəisi üçün onları göndərir

Dünya
 20-05-2024, 01:25     489

Rusiya İran Prezidentinin axtarışları üçün 2 təyyarə, helikopter və 50 canlı yardım qüvvəsi göndərir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Rusiya prezidentinin xüsusi köməkçisinin İranın birinci vitse-prezidenti ilə söhbətində yardım göndəriləcəyini açıqladığı bildirilir.

Məlumata görə, Vladimir Putinin göstərişinə əsasən, 50 peşəkar dağ xilasedicisi ilə birlikdə bir saat ərzində iki təkmil təyyarə xüsusi helikopterlərlə Təbrizə göndəriləcək.

Qeyd edək ki, İbrahim Rəisini daşıyan təyyarə hələ də tapılmayıb, axtarışlar davam edirскачать dle 12.1