Bia.Az

"Makron ikili oynayır" - FAKT BUDUR...

Dünya
 20-05-2024, 01:04     589

"Fransa prezidenti Emmanuel Makron və onun komandasının son qərarları strateji tərəfdaşlarının naharatlığına səbəb olub. ABŞ və digər Avropa ölkələri Fransa polisinin Yeni Kaledoniyada tökdüyü qanlara göz yumsalar da, Makronun Çin və Rusiya siyasətindən narahatlılqarını gizlətməyiblər. Deməli Emmanuel Makron bir tərəfdən Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə çağırır, Ukraynaya ordu göndərməyə hazır olduğunu bildirir, o biri tərəfdən ABŞ və Böyük Britaniya qüvvələrinin 80 il əvvəl Fransanın Normandiya sahillərinə daxil olmaları yubileyinə Rusiya təmsilçilərini də dəvət edib".

"Sherg.az" xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, ABŞ və Böyük Britaniya qüvvələrinin nasist Almaniyasının işğalı altındakı Fransaya daxil olmaları ilə İkinci Dünya müharibəsində ikinci cəbhə açılmış oldu:

"SSRİ şərq cəbhəsində nasist Almaniyası ilə savaşırdı. Yəni Makron ikinci cəbhənin açılması tədbirlərinə Rusiya nümayəndə heyətini dəvət etməyə də bilərdi. Rusiyanın bu tədbirə aidiyyatı yoxdur. Bunun özü göstərir ki, Makron ikili oynayır.
ABŞ-ın “Politico” nəşrinə açıqlama verən ABŞ Administrasiyasının rəsmiləri Fransanın tədbirə Rusiyanı dəvət etməsini anlamadıqlarını bildiriblər. Oxşar açıqlama Böyük Britaniyanın hökumət mənbələrindən də yayımlanıb. ABŞ və Böyük Britaniya rəsmiləri Makronun ikili oyunun belə dəyərləndiriblər: “Görünür, Makron özünü münaqişənin üstündə görür və sülhməramlı olacağına ümidlidir”. Çin lideri Si Cinpinin Qərbi Avopa ölkələri arasında Fransaya səfərə üstünlük verməsi də Vaşinqton və Londonda ciddi suallar yaradıb".скачать dle 12.1