Bia.Az

Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO

Dünya
 6-05-2024, 01:00     347

Türkiyənin Kocaeli şəhərinin Kartepe rayonunda avtobusların servis dayanacağında yanğın baş verib.
Təxminən bir saat davam edən yanğında 15 avtobus tamamilə yanaraq kül olub.
Gecə saatlarında naməlum səbəbdən avtobuslardan birində başlayan yanğın sürətlə digər nəqliyyat vasitələrinə sıçrayıb.
Hadisənin səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. 
 







скачать dle 12.1