Bia.Az

Braziliyada polkovnik dövlət çevrilişi iddiası ilə saxlanılıb

Dünya
 12-02-2024, 12:33     174

Braziliya prezidenti Luiz İnasio Lula da Silva hökumətinə qarşı “çevriliş” etdiyi iddiası ilə bir polkovnik saxlanılıb.


Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, çevrilişlə bağlı istintaq çərçivəsində polkovnik Bernardo Korrea Neto ABŞ-dan qayıdarkən prokurorluğun göstərişi ilə hava limanında saxlanılıb.

Polkovnik Neto keçmiş prezident Jair Bolsonaronun komandası ilə əməkdaşlıq edərək Lula da Silva hökumətinə qarşı çevriliş planlaşdırmaqda ittiham olunur.

Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraesin göstərişi ilə əməliyyat keçirən Federal Polis fevralın 9-da Bolsonaroya yaxın olan bir neçə nəfəri, o cümlədən keçmiş nazir və yüksək rütbəli əsgərləri saxlayıb.

Federal Polisdən verilən açıqlamada saxlanılan şəxslərin 30 oktyabr 2022-ci il seçkilərində qalib gələn Lula da Silva hökumətinə qarşı “çevriliş cəhdi” və mütəşəkkil cinayət qrupu yaratmaqda ittiham edildiyi bildirilib. İstintaq çərçivəsində Ali Məhkəmə keçmiş prezident Bolsonarodan pasportunu 24 saat ərzində Federal Polisə təhvil verməsini istəyib.

8 yanvar 2023-cü ildə Bolsonaro tərəfdarları polis səddini aşaraq ordunun müdaxiləsini tələb edən şüarlar səsləndirərək Milli Konqresin binasına daxil oldular. 29 aprel 2023-cü ildə polisə verdiyi ifadədə Jair Bolsonaro yanvarın 8-də Konqresə, Ali Məhkəməyə və Prezident Sarayına basqın təşkil edərək "təxribat etmək" ittihamını qəbul etməyib.скачать dle 12.1