Bia.Az

Putin Ermənistana gəlsə, həbs olunacaq? – Paşinyandan SENSASİON CAVAB

Dünya
 12-02-2024, 10:37     159

“Ermənistan Respublikası hüquqi dövlətdir, həbs məsələlərinə məhkəmə baxır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində deyib.

Baş nazir Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etdikdən sonra Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə səfəri zamanı həbs olunacağına dair suala belə cavab verib:

“Biz Ermənistanın təhlükəsizlik səviyyəsini artırmaq üçün əlavə amil kimi Roma Statutunu da ratifikasiya etdik. O zaman bizim üçün çətin dövr idi, ona görə belə bir qərar verdik. Düşünürəm ki, Ermənistan beynəlxalq münasibətlər çərçivəsində Rusiyaya qarşı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. 2018-ci ildən sonra ölkəmizdə bir çox genişmiqyaslı demokratik islahatlar başladı. Kimin həbs olunub-olunmayacağına dair qərarı mən qəbul etmirəm. Bizdə bu məsələyə baxan prokurorluq orqanları, məhkəmələr, istintaq idarələri var. Ermənistan Respublikası hüquqi dövlətdir, baş nazirin öz səlahiyyətləri var. Bunlara isə həbs məsələləri daxil deyil”.

Jurnalist Haaqa Məhkəməsinin qərarına uyğun olaraq Vladimir Putinin Roma Əsasnaməsinə qoşulan ölkələrə səfər zamanı həbs edilə biləcəyini qeyd edib. O, Nikol Paşinyana “Ola bilərmi ki, siz Rusiya prezidentinə əvvəlcədən xəbər verəsiniz ki, Ermənistana səfəri edəcəyi halda həbs oluna bilər?” –  sual ünvanlayıb.

Baş nazir isə, “düşünürəm ki, Vladimir Putinin mənim məsləhətimə ehtiyacı yoxdur” cavab verib.скачать dle 12.1