Bia.Az

Ermənistanda müəmmalı siyasi qərar: Gevorkyan azadlığa çıxır - "ArmLur.am"

Dünya
 12-02-2024, 09:58     142

Ermənistan parlamentinin sədri Alen Simonyanın qohumu, “Synergy” işi üzrə şübhəli bilinərək saxlanılan Ani Gevorkyan həbsdən azad olunacaq.

AzVision.az xəbər verir ki, bu barədə "ArmLur.am" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ani Gevorkyanın parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatlarının imzaladığı zəmanət əsasında azadlığa buraxılması barədə siyasi qərar qəbul edilib.

Qeyd edək ki, Gevorkyan Alen Simonyanın qardaşı Karlenin həyat yoldaşıdır.
O, fevralın 1-də Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan və dövlət investisiyaları siyasəti departamentinin rəhbəri Liliya Sirakanyanın saxlanıldığı iş üzrə İstintaq Komitəsinə aparılıb. Sözügedən şəxslər vəzifə öhdəliklərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Ümumilikdə Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-axtarış tədbirlərindən sonra bu iş üzrə 7 nəfər saxlanılıb.
скачать dle 12.1