Bia.Az

İcra Hakimiyyətindən əriklə bağlı yanlış məlumat – Ordubad 1-ci, Samux 2-cidir?

Cəmiyyət
 11-06-2024, 17:16     190

İyunun 8-də Samux rayonunda “Ərik Festivalı” keçirilib.
Yeniavaz.com xəbər verir ki, Samux rayon İcra Hakimiyyətinin “Ərik Festivalı” ilə bağlı açıqladığı məlumatda “Ərik Festivalı”nın Samux rayonunda keçirilməsinin təsadüfi olmadığı qeyd olunub.
Bildirilib ki, Azərbaycanda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayon Samuxdur.
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu rəsmi məlumata görə, 2023-cü ildə Azərbaycanda ən çox ərik yığılan rayon Şərur rayonu olub. Şərurda il ərzində 3 517 ton ərik yığılıb. Azərbaycanda ən çox ərik ağacının əkildiyi rayon isə Goranboy olub. Goranboyda ərik ağaclarının əkildiyi ərazinin sahəsi 389,8 hektar təşkil edib.
Müqayisə üçün bildirək ki, ərik yığımına görə nə Ordubad, nə də Samux rayonu ilk beşlikdə yer almır.
2023-cü ildə Azərbaycanda ən çox ərik yığılan 5 rayon bunlar olub:
Şərur – 3 517 ton
Goranboy – 3 437,2 ton
Bərdə - 2 294 ton
Tərtər – 1 682,3 ton
Şəki – 1 349,7 ton
Azərbaycanda ən çox ərik əkilən 5 rayon isə bunlar olub:
Goranboy – 389,8 ha
Samux – 361,7 ha
Şəmkir – 214,7 ha
Şərur – 197 ha
Tərtər – 176,3 ha
скачать dle 12.1