Bia.Az

Səyahətə gedirlər, ya Həccə? – “Kəlimeyi-şəhadətini bilməyən….”

Cəmiyyət
 10-06-2024, 18:07     183

Bu gün Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkə şəhərinə çatıb.Hazırda Məkkə şəhərində 1500 zəvvar var. İyunun 14-dən etibarən Həcc ziyarətinin əsas hissəsi başlayacaq.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayrılıb.

Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 3-ü səhər saatlarında təyyarə ilə Bakıdan Ciddə şəhərinə yola salınıb.
Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Hər il olduğu kim bu il də zəvvarların ziyarət üçün ödədikləri fantastik məbləğ böyük müzakirələrə səbəb olub. Demək olar ki, qiymətin bu dərəcədə baha olması ictimaiyyət arasında ajiotaja səbəb olub.
Bir qisim insan islamın vacib buyrulan 5-ci şərtinin yerinə yetirilməsində qeyri-adi bir hal görməsə də, digərləri bu qiymətə daha savab işlərin görülməsinin vacibliyini vurğulayıblar. Əksəriyyət düşünür ki, ziyarətə bu qədər pul verməkdənsə, hansısa kasıba, və ya köməyə ehtiyacı olana əl uzatmaq daha böyük savabdır.
Bəs həqiqətdə bu necə yerinə yetirilməlidir? Bir dindar üçün hansı şərt daha vacibdir?
Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Həcc ziyarət deyil, ibadətdir:
“İbadət də gücü yetən insanlara əmr edilir. Əgər qazancı tam halaldırsa, qonşusu, qohumu, onu tanıyanlar arasında miskin, kasıb adamlara yardım edibsə, Həcc ibadətini də icra edə bilər. Ancaq indi bu ibadəti ziyarətə, sonra da turizm səyahətinə çeviriblər. Bu, doğru deyil. Yaxşı olar ki, kasıb adamlara əlt tutsunlar, xeyirli işlər görsünlər, bu yüz Həcc savabından da üstündür”.
Onun sözlərinə görə, Həccə gedən müsəlman tam hazır olmalıdır:
“Tək maddi yox, həm də mənəvi, dini cəhətdən hazır olmaq lazımdır. Ancaq indi kəlimeyi-şəhadətini bilməyən, ömründə namaz qılmayan da gedir. Hara gedirsən? Fəlsəfi baxımdan isə Peyğəmbər (s) Həcci kiçik qiyamət adlandırır. Allahın verəcəyi suallara cavabın varmı? Bəziləri dəfələrlə gedir. Bu da doğru adət deyil. Həccə getmək əvəzinə ehtiyacı olan adamlara yardım etmək uyğundur”.скачать dle 12.1