Bia.Az

400 həkimi işdən çıxaran Elviz Qasımov “Respublikanski”ni niyə Bilgəhə köçürmək istəyir?

Cəmiyyət
 10-06-2024, 18:00     189

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının I korpusunun təmir adı ilə Bilgəhə köçürülməsi
xəstəxanada ciddi narazılığa səbəb olub.

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, həkimlər başda olmaqla xəstəxananın əksər əməkdaşları köçürülmə prosesinin arxasında Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımovun şəxsi maraqları dayandığını hesab edirlər. Belə ki, direktor xəstəxanın uzaq Bilgəhə köçürülməsi ilə işçilərin böyük hissəsinin işdən çıxarmaq istəyir. Elviz Qasımov direktor təyin olunandan sonra 400-ə yaxın əməkdaşı işdən çıxarılması da deyilənləri təsdiq edir.

“Respublikanski”nin həkimləri hesab edirlər ki, xəstəxananı yaxınlıqdakı müalicə müəssisələrinə köçürmək üçün çoxlu variantlar olduğu halda Bilgəhin seçilməsi təsadüf deyil. Bununla Elviz Qasımov xeyli sayda əməkdaşdan qurtulmaq və onların yerinə istədiyi həkimləri işə qəbul etmək istəyir.

Həkimlərin Azərbaycan respulikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərova, Tibbi İcbari suğortanının icraçı direktoru Zaur Əliyevə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova ünvanlanan müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, “Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyi qeyd edilir. Təmir işlərini alqışlayan həkimlər, köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müayinə olunmasında çətinlik yaranacağını bildirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayətçidirlər.

Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün Təbibdə mümkün olduğuna əmin olduqlarını bildirirlər. Hesab edirik ki bu istər tibbi heyət üçün, istərsə də xəstələr üçün daha uyğun və əlverişli olar. Həkimlərin, xəstələrin son ümüdləri göydə Allah yerdə isə başda prezident olmaqla , çox hörmətli Mehriban xanınıma , dəyərli insan Anar Ələkbərova, o cümlədən Zaur Əliyevə və Vüqar Qurbanovadır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq verilən qərarda dəyişiklik edilməsini həkim və tibb kollektivi xahiş edir.скачать dle 12.1