Bia.Az

Xırdalanın “Heydər” parkını meyxanaçılar, almaxanımlar zəbt edib – Şikayət

Cəmiyyət
 20-04-2024, 11:34     369

Xırdalan sakini Leyla Zakirqızı yazır ki, Xırdalanın məşhur Heydər Əliyev adına parkında uşaq gəzdirmək, istirahət etmək mümkün deyil.

Tribunainfo.az yazır ki, şikayətçinin sözlərinə görə, parkda ancaq Namiq Qaraçuxurlu, Aygün Kazımova, Almaxanım kimi müğənnilərin, meyxanaçıların mahnıları qoyulur:

“Bəlkə kimsə bizə köməklik göstərə bilər. Xırdalanda Heydər Əliyev adına parkdakı əyləncə yerlərində Namiqin, Aygünün, meyxanaçıların, Almaxanımın mahnıları nə gəzir?. Niyə uşaq əyləncə parkında uşaq mahnıları vermirlər?. Bunu kimə, hara deyək?”.

Digər şikayətçi Aylin Nərminə isə bildirib ki, sözügedən yerə icra hakimiyyəti (Abşeron Rayon İcra Hakimiyyəti nəzərdə tutulur) cavabdehdir:

“Sözün əsl mənasında oralar icranın obyektidir”.

скачать dle 12.1