Bia.Az

Cavanşir Quliyevin əməliyyatı bitdi: son durum – YENİLƏNİB

Cəmiyyət
 12-02-2024, 16:18     171

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.

Globalinfo.az-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bildirib.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

***14:37

“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.

Globalinfo.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, –  deyə şöbə müdiri əlavə edib.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

***09:09

“Cavanşir Quliyev ölməyib, yaşayır”.

Bu sözləri Globalinfo.az-a Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin dostu, fizika-riyaziyyat elmləri doktoru, professor, “Xəzər” Universitetinin təsisçisi Hamlet İsaxanlı deyib.
Onun sözlərinə görə, bəstəkar əməliyyat olunacaq:
“Onun öldüyünü kim yazıbsa, böyük səhv edib. Hansı səbəbdən belə xəbəri yayıblar, bilmirəm. Az öncə özü ilə danışmışam, hər şey yaxşıdır. Əməliyyat olunacaq. Hazırda müalicə alır. Müalicəsi bitdikdən sonra vətənə dönəcək”.скачать dle 12.1