Bia.Az

Prokurorluq və DGK-dan əməliyyat: saxlanılanlar var

Cəmiyyət
 29-11-2023, 16:25     301

Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Tütün məmulatlarının qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə qabaqcadan əlbir olan Salyan rayon sakini Fəxrəddin Ağamalıyev və Biləsuvar rayon sakini Ülvi Əmirlinin ümumilikdə 39 adda və 61 mindən çox qutudan ibarət tütün məmulatlarını aksiz markası ilə markalanmadan qanunsuz yolla əldə edib satış məqsədilə yaşayış ünvanlarında saxlamalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərin yaşayış ünvanlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən tütün məmulatları aşkar edilərək götürülmüşdür.
İlkin sübutlar əsasında Fəxrəddin Ağamalıyev və Ülvi Əmirli Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satış məqsədilə saxlama) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Qeyd olunan qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 12.1