Bia.Az

Abzas Media: Ofisimizdə aşkarlandığı iddia edilən 40 min avro bizə aid deyil – Yenilənib

Cəmiyyət
 20-11-2023, 20:03     308

Bu gün Abzas Media-nın ofisində və onun direktoru Ülvi Həsənlinin mənzilində axtarış başlayıb.

Turantv.az xəbər verir ki, bu barədə mətbuat orqanının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Ü. Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə 5 saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul “aşkarlayıblar”..
Bildiririk ki, ofisimizdə aşkarlandığı iddia edilən vəsait “Abzas Media”ya aid deyil və istintaq orqanlarının məqsədli şəkildə bizim fəaliyyətimizi dayandırmaq, Ü. Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir”.

***11:54

Direktoru saxlanılan “Abzas Media”nın ofisində polisin axtarış apardığı bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə mətbuat orqanının rəsmi sosial şəbəkə hesabında kadrlar yayılıb.



Qeyd edək ki, bu gün “Abzas Media”nın direktoru Ülvi Həsənli Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a təsdiqləyiblər.скачать dle 12.1